Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub.

“Report” xəbər verir ki, onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub.

İlk "üçlüy"ü “Ferrari”dən Şarl Lekler qapayıb.

"Formula 1"in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.

Digər xəbərlər