Eldar Əzizov: "Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub"

Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub.

"Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

O, bildirib ki, Bakı bu vəzifənin öhdəsindən layiqincə gələcək:

"Bu böyük idman hadisəsi bizi çox sevindirir. Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmanımız daim inkişafdadır. Görülən yüksək səviyyəli işlərin bariz nümunəsi olaraq Bakı "Dünya İdman Paytaxtı" elan olundu".

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Digər xəbərlər