Dördqat olimpiya çempionu karyerasını başa vurub

Bakı. 25 iyun. REPORT.AZ/ Biatlon üzrə belaruslu 4 qat olimpiya çempionu Darya Domraçeva 32 yaşında karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə idmançı Minskdə təşkil etdiyi mətbuat konfransında bildirib.

D.Domraçeva 2006-cı ilin dekabr ayında Belarus yığmasında debüt edib. O, 4 dəfə olimpiya çempionu olmaqla yanaşı, iki dəfə dünya çempionatının qalibi olub.

Digər xəbərlər