Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 18 yaşadək yeniyetmələr arasında  Azərbaycan birinciliyinə start verilib.

“Report” xəbər verir ki, üç gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular çıxış edir.

Yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.

Digər xəbərlər