Azərbaycanda növbəti idman bayramıdır.
"Report"un məlumatına görə, bunu Milli Olimpiya (MOK) Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
MOK rəsmisi 2026-cı ildə SportAccord Dünya İdman və Biznes Sammitinin Bakıda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Bu həqiqətən böyük tədbirdir. Dəfələrlə bu tədbirlərə qatılmışam. Vacib qərarlar verilib. SportAccordun rəhbərliyinə təşəkkür edirik. Azərbaycan idman ölkəsidir. Bu tədbirin də yaxşı təşkil olunacağına inanırıq".