Bu ölkədə idman yarışlarının başlayacağı tarix bəlli oldu

Avstriyada idman tədbirlərinin başlayacağı tarix açıqlandı. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ölkənin idman naziri Verner Koqler mətbuat konfransında mayın 1-dən yarışların start götürəcəyini bildirib.

Nazir ilk olaraq qolf və tennis kimi idmançılar arasında məsafə saxlanılan idman yarışlarına icazə veriləcəyini söyləyib. 

Koqler futbol klublarının bazar ertəsi - aprelin 20-dən 5-6 nəfərlik qruplar şəklində məşqə başlaya biləcəklərini, liqaların isə qarşıdakı aylarda bərpa olunacağını vurğulayıb. Amma qarşılaşmaların başlamasından ən azı iki gün öncə onların koronavirusa görə yoxlanılması lazımdır.

Digər xəbərlər