Biatlon üzrə Rusiya yığmasının üzvləri dopinqdən istifadədə və fırıldaqçılıqda şübhəli bilinirlər

Bakı. 13 dekabr. REPORT.AZ/ Avstriyanın Xoxfiltsen şəhərində biatlon üzrə Dünya Kubokunda iştirak edən Rusiya yığmasının üzvləri dopinqdən istifadədə və fırıldaqçılıqda şübhəli bilinirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, Avstriya polisi bununla əlaqədar komandanın düşərgəsində axtarış aparıb. Hüquq-mühafizə orqanları məşqçi Aleksandr Kasperoviç, biatlonçular – Yevgeni Qaraniçev, Aleksandr Loqinov, Anton Şipulin, Aleksey Volkov və İrina Starıxa, eləcə də millinin məşqçi və masajçıları – Artyom Krıntsilov, Aleksandr Selyavkin, Yevgeni Şutov və Dimitri Topıçkanova qarşı 2017-ci ildə Xoxfiltsendə keçirilən dünya çempionatı zamanı dopinq qaydaların pozulması ittiham irəli sürüblər.

Rusiya Biatlon İttifaqı da xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna dekabrın 16-da yekun vurulacaq.

Digər xəbərlər

Makqreqor karyerasını başa vurur 01 noyabr, 2026 / 23:18