Bakı. 24 iyun. REPORT.AZ/ “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm. Şəhər çox gözəldir, insanları alicənabdır”.
“Report”un məlumatına görə, bunu tanınmış Formula 1 meneceri Flavio Briatore Bakı Şəhər Halqasının (BŞH) rəsmi “facebook” səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.
67 yaşlı italiyalı iş adamı bildirib ki, Formula 1 Azərbaycanı dünyaya tanıtmaqda öz töhfəsini verir: “Yarış çox möhtəşəmdir, pilotlar buranı bəyənir. Trek qədim şəhərin içindən keçir. Bakı Şəhər Halqası çox gözəldir. Bununla dünyadakı insanlar Azərbaycanın paytaxtını tanıyır. Artıq Formula 1 xəritəsində Bakı da var”.
Qeyd edək ki, Formula 1 üzrə yarış ilk dəfə ötən il Bakıda təşkil olunub.