Bakıda keçirilən "Formula 2" yarışında insident baş verib.
"Report"un məlumatına görə, DAMS komandasından Roy Nissani 14-cü döngədə sərt şəkildə divara dəyib.
Onun bolidi yararsız hala düşüb. Pilot və bolidi hadisədən sonra trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.