Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə idmançıları qeydiyyatdan keçib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bu rəqəmin 90-ı keçəcəyi gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Bakıya gələcək.
40-dan çox ölkədən yarış üçün bilet alınıb, 200-dən çox media nümayəndəsi isə akkreditasiyadan keçib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.