Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesinin nəticələrinə əsasən 47 şagird uğur qazanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.
İki mərhələdə təşkil olunan qəbul prosesində iştirak etmək üçün 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird tədris ocağına qəbul edilib.
Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Sınaqlar zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləşə uyğun qabiliyyətləri qiymətləndirilib.