Tbilisidə 14 yaşadək şahmatçılar arasında 2022-ci il üzrə açıq çempionat başa çatıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Nona Qaprindaşvili adına Şahmat Sarayında baş tutan yarış İsveçrə sistemi üzrə 7 turda keçirilib və mübarizəyə ümumilikdə 40 şahmatçı qatılıb.
Çempionatda iştirak edən Azərbaycan vətəndaşı Zəhra Ənvərli həmyaşıdları arasında ən yüksək nəticə əldə edib. O, 5,5 xalla qızlar arasında I yeri tutub.
Yeniyetmə şahmatçı Tbilisidə bundan öncə də keçirilən yarışlarda ilk pillələrə yüksəlib. Qardaşı Həsən Ənvərli də yarışlarda fərqlənib. O, əvvəlki çempionatda həmyaşıdları arasında II yerə layiq görülüb.