"Avropa çempionatında qazanılan uğuru, Rusiya və digər ölkələr iştirak etməyib deyə, kiçiltmək olmaz. Azərbaycan güləşçiləri həmişə öz sözlərini deyiblər".
Bunu "Report"a müsahibəsində Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyev Rusiya təmsilçilərinin Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatına qatılmaması ilə bağlı danışarkən deyib.
Referi Azərbaycan güləşinin dünyada həmişə ilk "3-lük"də yer aldığını bildirib: "Təmsilçilərimizin Rusiyadan da ciddi rəqibləri var. Əsas rəqibin birinin olmaması finala daha yaxşı addımlamaq üçün şərait yaradır. Rusiyada kifayət qədər tanınmış güləşçilər, dünya və Avropa çempionları var. Belarus da yarışa gəlməmişdi. Ukrayna isə az sayda güləşçi ilə yarışa qoşuldu. Amma bu, o demək deyil ki, biz belə nailiyyətləri əldə edə bilməyəcəkdik. Onların yarışlarda olduqları vaxtlarda güləşdə olimpiya, dünya və Avropa çempionlarımız olub. Hazırda komandalarımız çox yaxşıdır, bizim güləşçiləri görəndə digər ölkə təmsilçiləri narahat olurlar".
Asif Şirəliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.