Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanlı əlil rəqqaslar bu il sentyabrın 9-10-da Sankt-Peterburqda keçiriləcək əlil arabasında rəqslər üzrə Qitələr Kuboku-2017 turnirində iştirak edəcəklər.
"Report" xəbər verir ki, turnirdə 14 ölkədən və Rusiyanın 15 regionundan 150-dən çox idmançı iştirak edəcək.
Azərbaycandan başqa, yarışa Belarus, Belçika, Finlandiya, Fransa, Hollandiya, Meksika, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Polşa və Şri Lankanın əlil arabasındakı rəqqasları qatılacaqlar.