Azərbaycanlı atlet İlahə Quliyeva ABŞ-də keçiriləcək dünya çempionatına qatılacaq

Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

İdmançı 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, yarış avqustun 5-dən 9-dək davam edəcək.

Digər xəbərlər