Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Mirismayıl Həbibov dünyasını dəyişib.
Bu barədə "Report"a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
27 yaşlı idmançının uzun müddətdir səhhətində ciddi problemlərlə mübarizə apardığı bildirilib.