Azərbaycanın yeniyetmə boksçuları Özbəkistanda təlim-məşq toplanışı keçəcək

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

"Report" xəbər verir ki, hər iki yığma Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Xəbər lenti