Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirlərə təyinat alıb

Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev beynəlxalq turnirlərə təyinat alıb.

"Report" xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində bu gün startı verilən və aprelin 15-dək davam edəcək Avropa Qran-prisində, klublararası Avropa çempionatında və “Tallin open” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək.

Xəbər lenti