Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (78 kq) karyerasını başa vurub.
Bu barədə "Report"a geniş müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.
Onun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bundan sonra idmana geri qayıtması mümkün görünmür.
Rəsullu Ukrayna əsilli cüdoçunun Bakıda olmadığını bildirib: "Avropa ölkələrindən birində qohumlarının yanında yaşayır. Sonuncu dəfə danışanda özü demişdi".
Baş katib "Kindzerskanın ev problemi həllini tapdımı" sualına isə bu cür cavab verib: "Bu sual düzgün ünvanlanmayıb (gülür). Kiməsə ev verilməsi bizim səlahiyyətimizdə olan məsələ deyil".
Qeyd edək ki, Rəşad Rəsullunun müsahibəsini yanvarın 10-da "Report"da oxuya bilərsiniz.