Güləş üzrə böyüklərdən ibarət Azərbaycan millis komandaları növbəti təlim-məşq toplanışına start verib.
Federasiyadan "Report"a verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə yığmalar mayın 8-dən hazırlığı bərpa edib.
Sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşq keçir. Olimpiya Güləş Mərkəzində təşkil olunan toplanışda İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edir. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.
Yunan-Roma güləşçiləri isə ölkə xaricinə yollanıb. Komanda mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.
Qeyd edək ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Azərbaycanın güləş yığmaları nüfuzlu yarışlara Bakıda və Ankarada hazırlaşır
Digər xəbərlər
Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
05 noyabr, 2026 / 17:41
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
05 noyabr, 2026 / 14:46
Azərbaycan şahmatçısı Read Səmədov U-20 dünya çempionatında bürünc medal qazanıb
05 noyabr, 2026 / 12:07
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
05 noyabr, 2026 / 10:32
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
04 noyabr, 2026 / 21:17
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
04 noyabr, 2026 / 18:37
Azərbaycan Atletika Federasiyası seçim prosesi həyata keçirib
04 noyabr, 2026 / 17:41
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
04 noyabr, 2026 / 15:21
Orxan Qubatov: Azərbaycanda bilyardın daha da inkişaf etməsini istəyirəm
04 noyabr, 2026 / 13:02
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
03 noyabr, 2026 / 19:55
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
03 noyabr, 2026 / 18:29
Qaşim Maqomedov: Hər zaman yarışlara qızıl medal qazanmaq məqsədi ilə qatılıram
03 noyabr, 2026 / 16:29
Arseniy Djioyev Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib
03 noyabr, 2026 / 14:06
Bilyardın snuker növü üzrə Azərbaycan çempionatı başa çatıb
03 noyabr, 2026 / 11:12
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
03 noyabr, 2026 / 10:08
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
03 noyabr, 2026 / 03:17
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb
02 noyabr, 2026 / 20:32
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb
02 noyabr, 2026 / 19:37
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
02 noyabr, 2026 / 19:07