Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatının açılış mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbir yarışın təşkil olunduğu Milli Gimnastika Arenasında reallaşıb.
Mərasimdə təşkilatçı və dəstəkçi qurumların nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
İlk olaraq iştirakçı komandaların dövlət bayraqları zala gətirilib. Sonra söz Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullinə verilib. O, evsahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.
Ardından öz təəssüratlarını bölüşən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev 16 ildən sonra bu idman növü üzrə Avropa çempionatının Bakıda keçirilməsinə sevindiyini söyləyib: "Azərbaycan qeyri-olimpiya, xüsusən də ənənəvi idman növlərinə diqqət yetirir. Ənənəvi idman növləri ölkəmizdə get-gedə daha da inkişaf edir. Əminəm ki, budəfəki Avropa çempionatının da təşkilatçılığı yüksək səviyyədə olacaq".
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda nümunəvi çıxışlar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən qitə birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və klassik üslublarda bütün çəki dərəcələri üzrə mübarizə aparırlar.
Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Digər xəbərlər
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb
23 oktyabr, 2026 / 19:50
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23 oktyabr, 2026 / 17:47
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
23 oktyabr, 2026 / 17:35
Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin prezidenti seçilib
23 oktyabr, 2026 / 14:45
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
22 oktyabr, 2026 / 20:33
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
22 oktyabr, 2026 / 20:01
İdman xadimi Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
22 oktyabr, 2026 / 18:23
İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib
22 oktyabr, 2026 / 17:49
Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək
22 oktyabr, 2026 / 17:39
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
22 oktyabr, 2026 / 17:18
Azərbaycan stolüstü tennisçiləri Riga City Youth Cup 2026 turnirinə qatılacaqlar
22 oktyabr, 2026 / 14:07
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22 oktyabr, 2026 / 11:53
Avropa Kuboku: Odlar Yurdu Serbiya klubunu məğlub edib
22 oktyabr, 2026 / 11:06
U-15 Avropa çempionatı: Azərbaycanın 10 boksçusu yarımfinala vəsiqə qazanıb
22 oktyabr, 2026 / 10:41
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21 oktyabr, 2026 / 17:17
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
21 oktyabr, 2026 / 17:13
Elçin Cəfərov: Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar
21 oktyabr, 2026 / 16:09
Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
21 oktyabr, 2026 / 15:11
Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək
21 oktyabr, 2026 / 14:43