Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanın daha iki karateçisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında medal qazanıblar.
“Report” xəbər verir ki, Şahin Atamov (+84 kq) və İrina Zaretska (68 kq) yalnız finalda uduzaraq, “gümüş” əldə ediblər.
Qeyd edək ki, bu gün Rafael Ağayev (75 kq) 11-ci dəfə Avropa çempionu olub.