Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.
"Report" xəbər verir ki, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.
Qeyd edək ki, Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.