Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, yığma üzvləri Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Tata şəhərində bu gün start götürən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Aprelin 17dək davam edəcək təlimlərdə idmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.