Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olacaq

Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olacaq.

"Report"un məlumatına görə, aprelin 26-da keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq. Konfrans saat 12:00-da başlayacaq.

Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, hazırda Yelkənli İdman Federasiyasına Qüdrət Qurbanov rəhbərlik edir.

Digər xəbərlər