Azərbaycan üzgüçüləri Kutaisi turnirini 33 medalla başa vurublar

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.

Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

Digər xəbərlər