Azərbaycan triatlonçusu Türkiyədəki yarışda birinci olub

Triatlon üzrə Azərbaycan millisinin üzvləri Serik şəhərində keçirilən Türkiyə Kubokunda uğurlu çıxış ediblər.

"Report"un məlumatına görə, 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri tutub.

2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci olub.

2008-2010-cu il təvəllüdlü idmançılardan Əli Rzazadə finiş xəttini 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı keçib. Bu yaş kateqoriyasında 56 triatlonçu mübarizə aparıb.

Xəbər lenti