Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Çinin Usi şəhərində keçirilən Böyük Dəbilqə turnirində 4-cü olub.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə çinli Tuersun Mayerdanı 2:0 hesabı ilə üstələyib.
Harçeqani növbəti görüşdə yaponiyalı Hidenori İbatanı da eyni hesabla məğlub edib. O, yarımfinalda koreyalı Hvan Nam-Qonqa uduzub - 1:2.
Dünya çempionu üçüncü yer uğrunda görüşdə özbəkistanlı Nikita Rafaloviçlə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Milad Beigi Harçeqani Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.