Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) yeni loqosu təqdim olunub.
"Report"un Füzuliyə ezam olunan əməkdaşının məlumatına görə, bu yenilik "Mingəçevir Reqatası-2026"nın bölgədə keçirilən ilk mərhələsindən sonra elan olunub.
Azərbaycan Su İdman Növləri Federasiyasının bundan sonra Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) adı altında fəaliyyət göstərəcəyi bildirilib. Quruma iki - yelkən və balıqçılıq idmanı növləri əlavə də olunub.
Bununla yanaşı, AZSİF-in yeni saytı da ictimaiyyətə təqdim olunub.