Bakı. 25 mart. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası hazırda Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.
"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında 25 pəhləvan hazırlıq keçir. Toplanış aprelin 1-dək davam edəcək. Ardınca yığma üzvləri Bolqarıstanda Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, təlim-məşq toplanışı 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə davam etdirir.