Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ilk görüşünü keçirəcək

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Almaniyanın Karlsrue və Baden-Baden şəhərlərində keçirilən "GRENKE Chess Classic" şahmat turnirinə start veriləcək.

"Report"un məlumatına görə, beynəlxalq turnirdə Azərbaycanı Arkadi Naydiç təmsil edəcək. 

Yarışda həmçinin dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin qalibi Fabiano Karuana da mübarizə aparacaq. Arkadi Naydiç ilk turda fransalı Maksim Vaşye - Laqravla üz-üzə gələcək.

Turun digər görüşləri:

Fabiano Karuana – Maqnus Karlsen

Mattias Blübaum – Nikita Vityuqov

Georq Mayer – Levon Aronyan

Vişvanatan Anand - Hou İfan

Qeyd edək ki, "GRENKE Chess Classic" turniri aprelin 9-da başa çatacaq.

Digər xəbərlər