Azərbaycan millisinin baş məşqçisi təlim keçəcək

Atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov “Beynəlxalq məşqçiliyin zənginləşdirilməsi sertifikat proqramı” çərçivəsində təlim keçəcək.

“Report” xəbər verir ki, tədbir fevralın 19-da və 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq.

Təlim “İdmançıların uzunmüddətli inkişafı: sürət, güc, dözümlülük, əyilgənlik və bacarıqların sürətlənmiş inkişaf müddəti” mövzularında olacaq. İştirakçılar sonda sertifikatla təmin ediləcəklər.

Digər xəbərlər