Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.
Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev və Əliəşrəf Qafarov bürünc medalla kifayətləniblər.
Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.