Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirində iştirak edəcəklər. "Report"un məlumatına görə, yarışlar Urmiya şəhərində keçiriləcək.
Böyüklərdən ibarət milli komandanın əsas üzvlərindən bir neçə nəfəri "Bakı 2015" I Avropa Oyunlarından sonrakı istrahətdən yeni qayıtdıqları üçün İrandakı beynəxlaq turniri buraxmalı olublar. Onlardan Oyunların qalibi Firdovsi Fərzəliyevlə (-60 kq) bürünc mükafatçı Niyazi Əliyev (-67 kq), həmçinin Ceyhun Mustafayevlə Musa Musayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Pənah Abdullayev (-84 kq), Orxan Heydərli, Asiman Qurbanl və Əli Cəfərov (+84 kq) kişilərin turnirində tatamiyə çıxacaq.
Milli dərəcəli Azərbaycan hakimlərindən Mehman Mədətov, Akif Kərimov və Cavid Rəfiyev beynəlxalq turnirin referiləri arasında olacaq.
Yarışın mükafat fondu 30 min dollardır. Bu gün İrana yola düşən heyət ayın 22-də Bakıya dönəcək.