Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə keçirilən 7-ci dünya çempionatında dörd medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.