Azərbaycan idmançısı "Heroic battle" turnirində iştirak edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında "Heroic battle" turniri (Qəhrəmanlıq döyüşü) keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samaya Məmmədovadan "Report"a verilən məlumata görə, sayca 22-ci dəfə təşkil olunacaq reytinq döyüşünlərində Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı Şikar Bədəlov təmsil edəcək. Gecəyə ümumilikdə 20 ölkə idmançısı qatılacaq. 

Qeyd edək ki, Şikar Bədəlov ötən il 21-ci "Heroic battle" döyüşünün qalibi olub.

Digər xəbərlər