Azərbaycan idmançılarının ilin ilk rübündə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb.

Bunların 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafat olub.

Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar.

Digər xəbərlər