Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb.
"Report" xəbər verir ki, idmançı yarımfinalda özbəkistanlı Nigina Sabirovaya (6:0) qalib gəlib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb.
"Report" xəbər verir ki, onun ilk rəqibi Tambi Roland (Kamerun) xalça üzərinə çıxmayıb.
İdmançı 1/4 finalda Ali Momenijoujadeni (İran) 4:2, yarımfinalda isə Said Zazaini (Əfqanıstan) 10:0 hesabı ilə üstələyib.