Azərbaycan güləşçisi: "Ölkəmə qarşı haqsızlıqların olduğunu bilirəm"

"Hazırda ölkəmə qarşı haqsızlıqların olduğunu bilirəm".

Bunu "Report"a müsahibəsində Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanmış yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı həmin turnirdə iki iranlı idmançıya qalib gəlib: "Qələbə qazanmaqla, az da olsa, xalqımızı sevindirə bildim. Məqsədlərimiz böyükdür. Digər yarışlara yaxşı hazırlaşıb, bizi istəməyənləri nailiyyətlərimizlə susdurmalıyıq".

Taleh Məmmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz

Digər xəbərlər