Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Alireza Hassan Rezaeiyə uduzaraq (1:2) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.