Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində zədələndiyi üçün təsəlliverici qarşılaşmaya çıxmayıb.
"Report"un Qubaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib.
"Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici qarşılaşmaya də çıxmadı. İki-üç ay müalicə alacaq", - deyə R.Rəsullu vurğulayıb.