Bakı. 10 noyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə bürünc medal qazanıb.
“Report” xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.
Qeyd edək ki, Özbəkistan Qran-prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.