Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Belçikanın Herstal şəhərində Olimpiya Təlim Düşərgəsi start götürüb.
"Report" xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanın 35 cüdoçusu (20 kişi, 15 qadın) qatılıb.
İdmançılara kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət seçmə komandanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı fevralın 5-də başa çatacaq.