Azərbaycan boksçusu İBA PRO Çempionlar Gecəsində Bekxan İsrailovla döyüşəcək

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

"Report" xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.

Görüş 6 raund davam edəcək. Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.

Xəbər lenti

Lerik rayonunda zəlzələ olub 2 iyun, 2025 / 08:35