Azər Məhərrəmov: "Mənim dövrümdə görülən işlər qənaətbəxş hesab edildi"

"Bugünkü iclası uğurla başa çatdırdıq. Əvvəlki illərlə bağlı qısa hesabat verdim. Görülən işlər qənaətbəxş hesab edildi".

"Report"un məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının keçmiş prezidenti Azər Məhərrəmov qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.

O, öz namizədliyini irəli sürmədiyini bildirib: "Yeni seçki keçirdik. Nəticədə yeganə namizəd professor Elçin Əliyev 4 il müddətinə federasiya prezidenti seçildi. Onu bu münasibətlə təbrik edirəm".

Digər xəbərlər