Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Qraçya Poqosyanı məğlub edib.

Məmmədov 1/8 finalda isə Nikolay Viçevdən (Bolqarıstan) güclü olub.

Digər xəbərlər