Avropa çempionatı: Bu gün Azərbaycanın qadın yığması ermənilərlə qarşılaşacaq

Gürcüstanın Batumi şəhərindəki komandalararası Avropa çempionatında bu gün IX turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, bu dəfə Azərbaycanın qadın millisi Ermənistanla üz-üzə gələcək. 

Ötən gün ermənilərə uduzan kişilərdən ibarət yığma isə Sloveniya ilə qarşılaşacaq.

8 turdan sonra Azərbaycan komandaları müvafiq olaraq, 3-cü və 12-ci pillələrdə qərarlaşıb. Son tur öncəsi Azərbaycan millisi 12 xalla 3-cü yerdə qərarlaşıb. Mükafata yiyələnmək üçün ən azı heç-heçə etmək kifayətdir. 

Digər xəbərlər