Atletika üzrə təsnifat turniri təxirə salındı

18-27 iyun tarixlərində ABŞ-ın Oreqon ştatında keçirilməsi planlaşdırılan atletika üzrə Olimpiya Təsnifat Turniri bu il baş tutmayacaq.

"Report"un məlumatına görə, bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı sözügedən yarışın vaxtı dəyişdirilib. Turnir gələn ilin yayında təşkil olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib.

Digər xəbərlər