Mayın 1-2-də atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Turnir qurumla Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan İdman Akademiyasının stadionunda və federasiyanın atma növləri üzrə bazasında keçiriləcək yarışda 2011-2012 təvəllüdlü idmançılar mübarizə aparacaqlar.