AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadəyə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, N. Məmmədzadə mükafatı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə alıb.

Digər xəbərlər